Bakıda avtobus qəzası: 7 nəfər xəsarət aldı - FOTO
25 yanvar 2020 10:12 (UTC +04:00)

Bakıda avtobus qəzası: 7 nəfər xəsarət aldı - FOTO

Bakıda daha bi avtobus qəzası baş verib. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb: 

"Bu gün səhər saat 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkət olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.
Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir".

Ryni zamanda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda avtobus qəzasında xəsarət alanlarla bağlı məlumat yayıb.

Birlikdən bildirilib ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb:

"Onlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 107 saylı marşrut avtobusu qəzya uğrayıb.

# 1552
avatar

Oxşar yazılar