Daha bir şəxs içkidən zəhərləndi
25 yanvar 2020 10:16 (UTC +04:00)

Daha bir şəxs içkidən zəhərləndi

Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib. Lent.az-ın məlumatına görə, hadisə dünən saat 19 radələrində, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən "BEER Point" kafesində qeydə alınıb. Belə ki, Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında yaşayan 40 yaşlı Əzimov Şahmalı Anatoliyeviç adıçəkilən kafedə 1 litr "Tradisii Belarusii" markalı arağı içərək zəhərlənib. Ş.Əzimov KTM toksikologiya şöbəsinə yerləşdirilib vəziyyəti ağırdır.

Faktla bağlı 34-cü Polis Şöbəsində araşdırma aparılır.

 

 

# 1076
avatar

Oxşar yazılar