Gəncədə iki nəfər dəm qazından zəhərləndi
24 yanvar 2020 11:56 (UTC +04:00)

Gəncədə iki nəfər dəm qazından zəhərləndi

 

Gəncədə iki nəfər dəm qazından zəhərlənib. 

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə sakini, 2002-ci il təvəllüdlü Atayev Seymur Hidayət oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. S. Atayev Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər hadisə isə şəhərin "Yeni Gəncə" adlanan ərazisində qeydə alınıb. 1968-ci il təvəllüdlü Ələkbərova Durna dəm qazı zəhərlənməsi ilə xəstəxanaya çatdırılıb.

# 647
avatar

Oxşar yazılar