"Azı 100 kiloluq qadın olmalıdır ki..."- "Pakistanlı Hulk" evlənmək istəyir
24 yanvar 2020 19:34 (UTC +04:00)

"Azı 100 kiloluq qadın olmalıdır ki..."- "Pakistanlı Hulk" evlənmək istəyir

“Pakistanlı Hulk” kimi tanınan Ərbab Xizer Həyat görkəmi ilə hər kəsin diqqətini cəlb edir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 1,97 metr boyu və 444 kiloqram çəkisi olan Həyat, valideynlərinin təkidi ilə evlənmək istədiyini deyib. Ancaq arıq olduqları üçün indiyə qədər 300 xanım namizədlə razılaşmadıqlarını da qeyd edib.

Həyat, “Ağır çəkili bir yoldaşım olmalıdır ki, ona zərər verməyim. İndiyə qədər mənimlə evlənmək istəyən qadınların hamısı arıq idi”, - deyib. O, normal görünmək üçün öz çəkisi ilə bərabər olan bir xanımın lazım olduğunu bildirib:

“Ən azı 100 kiloqram olan bir qadınla evlənməliyəm. Boyu da 1,92 metrdən uzun olmalıdır ki, yaxşı görünək. Ailəm evlənməyimi və nəvə görmək istəyir. Ancaq ağır çəkimlə əlaqədar hələ ki evlənə bilməmişəm”.

444 kiloqram çəkisi olan Hulk, gələcək həyat yoldaşının mükəmməl aşpaz olmasını və ona gündəlik 10 min kalorilik qida verməsini istəyib.

Ölkənin Mərdan vilayətində yaşayan Ərbab Xizer Həyat, çəkisini stabil saxlamaq üçün gündə 3 kiloqram ət, 5 litr süd, 1 kiloya yaxın düyü və çoxlu çörək yeyir.

O, dünya çempionu olmaq üçün məşq etməyin və çoxlu yemək yeməyin gərək olduğunu dilə gətirib.

Əlləri ilə maşınları qaldıran, traktorları iplə darta bilən Hulk, “Xalqımızın böyük rəğbətini qazanmışam. Amma hərəkətsiz qalmayıb, dünya çempionu olmaq istəyirəm”.

# 3122
avatar

Oxşar yazılar