Vladimir Putin özünə iki yeni köməkçi təyin etdi
24 yanvar 2020 11:12 (UTC +04:00)

Vladimir Putin özünə iki yeni köməkçi təyin etdi

 

Rusiya Prezidentinə iki yeni köməkçi təyin olunub.

APA-nın məlumatına görə, Vladimir Putinin fərmanları ilə sabiq İqtisadi İnkişaf naziri Maksim Oreşkin və sabiq Mədəniyyət naziri Vladimir Medinski Rusiya Prezidentinin köməkçiləri təyin ediliblər.

V. Putinin digər fərmanı ilə baş nazirin sabiq müavini Dmitri Kozak Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyinat alıb.

# 1192
avatar

Oxşar yazılar