Tovuzda avtomobil qatarla toqquşub, xəsarət alanlar var - FOTO
24 yanvar 2020 01:31 (UTC +04:00)

Tovuzda avtomobil qatarla toqquşub, xəsarət alanlar var - FOTO

 

Tovuzda minik maşını qatarla toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb.

"VAZ" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmaylov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1844
avatar

Oxşar yazılar