Azərbaycanda 13 yaşlı oğlan itkin düşdü
22 yanvar 2020 12:07 (UTC +04:00)

Azərbaycanda 13 yaşlı oğlan itkin düşdü

 

Şəki şəhər sakini, 13 yaşlı Hüseynəli Hüseynli yanvarın 13-ü səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


Lent.az xəbər verir ki, o, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, azyaşlının əqli qüsuru da var.

 

# 939
avatar

Mehman Nəbiyev

Oxşar yazılar