"Barbos" ləqəbli keçmiş məhkum silahla tutuldu
22 yanvar 2020 10:46 (UTC +04:00)

"Barbos" ləqəbli keçmiş məhkum silahla tutuldu

Xızı rayon sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini, əvvəllər 16 il həbs həyatı yaşamış “Barbos” ləqəbli Mahir Kərimov saxlanılıb. Polis əməkdaşlarının ona məxsus qəsəbə ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan bir ədəd “Revolver” tipli kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və bir ədəd kabura aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

# 943
avatar

Mehman Nəbiyev

Oxşar yazılar