Dəm qazı daha bir can aldı
22 yanvar 2020 10:39 (UTC +04:00)

Dəm qazı daha bir can aldı

Masallıda dəm qazından boğulma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Bədəlan kəndində qeydə alınıb. 28 yaşlı kənd sakini Fuad Bağışov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilib, meyit müayinə edilib, həmçinin digər zəruri istintaq hərəkətləri aparılıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

# 764
avatar

Oxşar yazılar