Bakıda lift quraşdıran faciəli şəkildə öldü
22 yanvar 2020 10:35 (UTC +04:00)

Bakıda lift quraşdıran faciəli şəkildə öldü

Bakıda yaşayış binasında ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanda qeydə alınıb.

Həmin ünvanda "İKMA services" Məhdud Məsuliyyətli Cəmiyyətinin liftin quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib. Bu zaman şirkətdə quraşdırıcı işləyən, 22 yaşlı Dəmirov Musa Azər oğlu liftlə şaxtanın arasında qalaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmiş ölümü səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

# 1110
avatar

Oxşar yazılar