Metroda cibgirlik edənin digər cinayəti də AÇIQLANDI
22 yanvar 2020 13:39 (UTC +04:00)

Metroda cibgirlik edənin digər cinayəti də AÇIQLANDI

Dünən metroda qadınların mobil telefonunu oğurlayan şəxsin saxlanılması barədə xəbər vermişdik

Lent.az-ın məlumatına görə, cibgirliyə görə saxlanılan 54 yaşlı Elçin Məmmədovun ətrafında Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri keçirib. Nəticədə onun digər oğurluq əməlləri də üzə çıxıb.

Aparılan araşdırmalarla E.Məmmədovun bu ilin yanvarın 6-da Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən klinikadan Bakı sakini V.Cəfərovun mobil telefonunu oğurladığı da məlum olub. Bundan başqa, onun rayonun Bağırova küçəsində Elmi-Tədqiqat institutunda Fatimə adlı 2 yaşlı Abşeron rayon sakininin də mobil telefonunu oğurladığı müəyyən edilib.

# 919
avatar

Mehman Nəbiyev

Oxşar yazılar