Qəbiristanlıqda quldurluq etdi
22 yanvar 2020 11:55 (UTC +04:00)

Qəbiristanlıqda quldurluq etdi

Bakıda quldurluq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə yanvarın 16-da, saat 23:30-da, Binəqədi rayonu, İ.Hacıyev küçəsindəki qəbiristanlıqda qeydə alınıb. Naməlum şəxs paytaxt sakini Daşqın Əhmədovu bıçaqla hədələyərək ondan 600 manat pul tələb edib və quldurluq yolu ilə mobil telefonunu əlindən alıb.

Faktla bağlı Binəqədi reayon Polis İdarəsinin 5-ci Poli Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən 31 yaşlı Bakı şəhər sakini Xəyal Abışov saxlanılıb.

# 813
avatar

Mehman Nəbiyev

Oxşar yazılar