Keçmiş məhkumdan külli miqdarda heroin tapıldı
21 yanvar 2020 09:46 (UTC +04:00)

Keçmiş məhkumdan külli miqdarda heroin tapıldı

Sabunçu rayon sakinindən külli miqdarda narkotik götürülüb.

Lent.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı uğurlu əməliyyat tədbirləri keçiriblər. Nəticədə 28 yaşlı paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş Rafiq Mehdiyev saxlanılıb. Axtarış zamanı ondan 1 kq 108 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

# 629
avatar

Mehman Nəbiyev

Oxşar yazılar