Bakıda qadın qazdan boğuldu
18 yanvar 2020 12:52 (UTC +04:00)

Bakıda qadın qazdan boğuldu

Bakıda ölüm hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 33 yaşlı Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. 

Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub. 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

# 882
avatar

Oxşar yazılar