Sirli virus daha bir nəfəri öldürdü
18 yanvar 2020 10:33 (UTC +04:00)

Sirli virus daha bir nəfəri öldürdü

 

Çində yerli sakin naməlum mənşəli pnevmoniya virusu səbəbindən vəfat edib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, artıq həmin virusdan həyatını itirən ikinci insandır. Koronavirusa yoluxan birinci şəxs yanvarın 11-də ölmüşdü.

Xatırladaq ki, bir neçə həftə əvvəl Çinin Xubey əyalətinin Uxan şəhərində elmə məlum olmayan bir sətəlcəm xəstəliyi qeydə alınıb.

Həkimlər iki həftə ərzində bu virusa 41 yoluxma faktı qeydə alıblar. İndisə məlum olur ki, xəstəlikdən iki nəfər həyatını itirib.

Həkimlər yalnız bir neçə pasienti ayağa qaldıra bildiriblər, xəstələnənlərin qalanları xəstəxanalardadır və tibbi yardım alırlar. Pasientlərin vəziyyəti orta ağır stabil qiymətləndirilir, ancaq bir neçə nəfər ağır vəziyyətdədir.

Xarici Kİv-lər qeyd edirlər ki, həkimlər xəstələnənlərə əlaqədə olan insanlara nəzarəti davam etdirir. Hazırda 119 nəfər tibb işçilərinin nəzarətindadır. Xəstəliyə yeni yoluxama qeydə alınmayıb.

Məlumdur ki, xəstəliyin baş vermə səbəbi yeni bir növ koronavirus olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəliyin yayılma səbəbi dəniz məhsulları bazarı ilə bağlıdır. Virusla bağlı dəqiq məlumat hələlik yoxdur.

Qeyd etmək lazımdır ki, tibbi istinad kitabçalarında 30 məlum koronavirus haqqında məlumatlar var, lakin həkimlər Çində yayılan virusun ştammını təyin edə bilmirlər. Həkimlər iddia edirlər ki, vəziyyət nəzarət altındafır və yeni ölüm faktı bir daha baş verməyəcək.

 

 

# 1264
avatar

Oxşar yazılar