Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir
17 yanvar 2020 18:50 (UTC +04:00)

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

Prezident İlham Əliyevin 2019-cu il iyunun 1-də imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq çətin həyat şəraitində yaşayan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün göstərilən sosial xidmətlərin sayı artırılır.

Lent.az xəbər verir ki, bu həssas qrupa daxil olan uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzlərinin sayı da 58-ə çatdırılıb.

Yeni yaradılan mərkəzlərdən biri də Daşkəsən rayonunda olan Günərzi Qayğı Mərkəzidir.

Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi yaradıb. Günərzi Qayğı Mərkəzində 8 nəfəri sağlamlıq imkanları məhdud uşaq olmaqla, ümumilikdə 30 nəfər 3-12 yaşlarında olan çətin həyat şəraitində yaşayan uşağa günərzi xidmətləri göstərilir. Burada onlar gündə 3 dəfə yeməklə təmin olunur. Bundan əlavə, onlara psixoloji dəstək göstərilir və həmçinin onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

Təşkilatın digər bir mərkəzi Masallı rayonundadır. Burada da çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir, məktəbdə təhsil alan uşaqlara pedaqoqlar tərəfindən ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir, onların ailələrinə hüquqi və sosial dəstək həyata keçirilir.

 

# 1215
avatar

Oxşar yazılar