Yol qəzasında xəsarət alan 4 nəfərdən biri öldü - YENİLƏNİB
17 yanvar 2020 14:12 (UTC +04:00)

Yol qəzasında xəsarət alan 4 nəfərdən biri öldü - YENİLƏNİB

 

Saatlıda baş verən qəzada xəsarət almış şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Azadakənd kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu Şivran xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

***

09.49

Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Qaranuru kəndi ərazisində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1173
avatar

Oxşar yazılar