Azərbaycanda borclu kimi axtarılan 27 nəfər saxlanıldı
17 yanvar 2020 12:35 (UTC +04:00)

Azərbaycanda borclu kimi axtarılan 27 nəfər saxlanıldı

 

Yanvarın 16-da Azərbaycanda törədilən 36 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

 

 

 

 

# 792
avatar

Mehman Nəbiyev

Oxşar yazılar