790
17:02
15 Yanvar 2020

MSK DSK-nın qərarını ləğv etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 35 saylı Xətai III seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Abbasov Çərkəz oğlunun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova deyib ki, Mərkəzi Seçki Komissiyasının ekspert qrupunun araşdırması nəticəsində həqiqətən də Dairə Seçki Komissiyasının qərarında aidiyyəti olmayan maddələr sadalanması məlum olub: "Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.

Bu səbəbdən Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

Qeyd edək ki, 35 saylı Xətai III seçki dairəsində namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib. R. Abbasov müraciətində bildirib ki, Dairə Seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib.