1203
14:25
11 Yanvar 2020

Sərhəddə erməni təxribatı: düşmən susduruldu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata əsasən, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.