633
02:55
11 Yanvar 2020

Avtomobil yolayırıcına çırpılıb, xəsarət alan var - FOTO

Bakı-Qazax magistralının Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA xəbər verir ki, Sadiq Süleymanov idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

S.Süleymanov APA -ya bildirib ki, o, yük maşınını sağdan ötmək istəyib. Bu zaman idarəetməni itirərək arakəsməyə çırpılıb.

Hadisə nəticəsində S.Süleymanov xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Qaradağ Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb olunub, avtoekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.