1520
14:06
10 Yanvar 2020

Yusif Nəğməkarın “Sevgi məbədi”

Şair, nasir Yusif Nəğməkarın yeni kitabı işıq üzü görüb.

Lent.az -a yazıçının verdiyi məlumata görə, "Sevgi məbədi” adlı şeirlər kitabı yenmi ilin ilk günlərində “Gənclik” nəşriyyatında 5000 tirajla çapdan çıxıb.

Kitabın redaktoru xalq şairi Nəriman Həsənzadədir.

Kitaba, əsasən şairin 2019-cu ildə yazdığı lirik şeirlər və gənclərin ailə-məişət problemlərindən bəhs edən "Güllər atılmasın"... adlı poeması (poema-ovqat) daxil edilib.