14:56
09 Yanvar 2020

Braziliyalı müdafiəçi milliləşdirilir


İspaniyanın “Valensiya” klubunun futbolçusu Qabriel Paulista milliləşdirilir.

Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının baş məşqçisi Luis Enrike cənubi amerikalı müdafiəçini sərəncamında görmək istəyir.

Mütəxəssis futbolçunun vətəndaşlıq aldıqdan sonra milliyə cəlb olunmasının tərəfdarıdır. Q.Paulistu Braziliya yığmasında oynamadığından onun milliləşməsində problem olmayacaq.

Qeyd edək ki, karyerasına Braziliya “Vitoriya”sında başlamış Qabriel 2013-cü ildən Avropada çıxış edir. O, 2015-ci ilə qədər İspaniyada “Vilyarreal”, sonrakı iki ildə İngiltərə “Arsenal”ında çıxış edib. Paulista 2017-ci ildən “Valensiya”nın formasını geyinir.

Dİgər xəbərlər