1385
23:30
07 Yanvar 2020

Sabirabadda hərbi xidmətdən yenicə qayıdan gənc dəm qazından boğulub

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qey edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər