4023
19:43
05 Yanvar 2020

Rusiyada yanğın: 4 nəfər ölüb

Rusiyada evdə yanğın olub, 4 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Hadisə yanvarın 4-də gecə Kareliya Respublikasının Boçilovo qəsəbəsində baş verib. Yanğın söndürüldükdən sonra evdə 4 kişinin cəsədi aşkarlanıb.

İstintaqın ilkin versiyasına görə, yanğın odla ehtiyatsız davranma nəticəsində baş verib.