16:22
04 Yanvar 2020

22 pulsuz ulduzlar

Qış transfer dönəmində adətən çox az sayda səs-küylü keçidlər gerçəkləşir.

Apasport.az saytının məlumatına görə, Avropa klublarının əksəri indidən mövsümün sonunun planlarını cızır.

Avropa transfer bazarında astronomik məbləğlər dövr etdiyindən, klublar Maliyyə Feyr-Pleyi qaydalarını pozmamaq üçün eyni zamanda ucuz və ya havayı oyunçu axtarışları da aparırlar. Kifayət qədər ulduz futbolçu var ki, komandası ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir. "Bosman qaydaları"na görə, belə oyunçu sözləşmə müddətinin sonuna 6 ay qalmışdan etibarən istədiyi klubla anlaşa bilər.

Qitənin böyük klublarının heyətində yayda azad agent statusu daşıyacaq tanınmış simalar var. Klub rəhbərləri ya onlarla müqavilə müddətini vaxt itirmədən daha yaxşı şərtlərlə yeniləməli, ya da qış fasiləsində dəyər-dəyməz qiymətə satmalıdırlar ki, mövsümün sonunda heç nə qazandırmadan getməsinlər.

Bu mənada PSJ-nin işi daha çətindir. Çünki Fransa çempionunun 4 oyunçusu yayda havayı yola salına bilər. "Çelsi"də isə bu say 3-dür.

Müqavilə müddəti mövsümün sonuna qədər olan ulduzlar:

Kristian Eriksen ("Tottenhem")

Villian ("Çelsi")

Tomas Menye (PSJ)

Dris Mertens ("Napoli")

Edinson Kavani (PSJ)

Erik Beylli ("Mançester Yunayted")

Nemanya Matiç ("Mançester Yunayted")

Mario Götze ("Borussiya", Dortmund)

Xose Kalyexon ("Napoli")

Yan Vertongen ("Tottenhem")

Bleyzi Matuidi ("Yuventus")

Pedro ("Çelsi")

Leyvin Kurzava (PSJ)

Luka Modriç ("Real")

David Silva ("Mançester Siti")

Ever Baneqa ("Sevilya")

Çarles Aranquiz ("Bayer")

Adam Lallana ("Liverpul")

Fernandinyo ("Mançester Siti")

Olivye Jiru ("Çelsi")

Aleksandr Kolarov ("Roma")

Tiaqo Silva (PSJ)

Dİgər xəbərlər