10:45
03 Yanvar 2020

İki gündə yol qəzalarında 10 nəfər ölüb

Respublikanın daxili işlər orqanları yanvarın 2-də törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah- sursatla bağlı 1 fakt müəyyən edilib.

Qeyd edək ki, yanvarın 1-də ölkə ərazisində baş verən yol qəzalarında 6 nəfər həyatını itirib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Dİgər xəbərlər