2190
13:05
02 Yanvar 2020

Bakıdakı tibb mərkəzində QƏTL

Bakı şəhərində qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H. Rəhimlinin döyməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

H. Rəhimli tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Dİgər xəbərlər