721
07:20
01 Yanvar 2020

Qəzada sıxılmış vəziyyətdə qalan sürücülər xilas ediliblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağsu rayonunun Qaraqoyunlu kəndində “Tofaş” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

FHN-dən APA -ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən müxtəlif xəsarətlər alan hər iki avtomobilin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.