03:22
01 Yanvar 2020

Rusiyada iki naməlum şəxs avtobusda sərnişini bıçaqlayıb

Moskvada avtobusda sərnişin münaqişə zəminində iki naməlum şəxs tərəfindən bıçaqlanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in məlumatında bildirilib.

Hadisə Moskva vaxtı ilə 00:50-də Kommunarka rayonunda baş verib. Çoxsaylı bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən şəxsin axtarışı davam edir. DİN əməkdaşları tərəfindən hadisənin başvermə səbəbi araşdırılır.

Dİgər xəbərlər