1312
16:29
31 Dekabr 2019

Azərbaycanda DƏHŞƏT: oğul anasını bıçaqladı

Gəncədə bıçaqlanma olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Mağrasa bağı" adlanan yaşayış massivində qeydə alınıb.

Şəhər sakini 1960-cı il təvəllüdlü Qurbanova Sucayyət Aqil qızı bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını ruhi xəstə olduğu bildirilən oğlu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.