09:18
29 Dekabr 2019

ABŞ-da bu il 211 nəfər kütləvi şəkildə qətlə yetirilib

2019-cu ildə ABŞ-da kütləvi qətllərin sayı yeni maksimum həddə çatıb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu il ölkədə ümumilikdə 41 kütləvi qətl qeydə alınıb və nəticədə hər dəfə 4 və daha çox insan ölüb.

Bu hadisələrin 33-ü atəş açmaqla həyata keçirilib. ABŞ-da il ərzində hücumlar zamanı 211 nəfər öldürülüb.

Məlumatda qeyd edilir ki, bu ölkədə kütləvi qətllərin ən çox qeydə alındığı 2017-ci ildə 224 nəfər həyatını itirib. Həmin il oktyabrın 1-də 64 yaşlı Stiven Peddok ABŞ tarixində ən qanlı qanlı hadisə kimi düşən atəşi həyata keçirib. O zaman 59 nəfər ölüb, 527 nəfər yaralanıb.

Dİgər xəbərlər