711
12:47
28 Dekabr 2019

Bu ərazidə qaz olmayacaq - DİQQƏT

Bu gün saat 12:00-dan etibarən Abşeron rayonunda yerləşən “Digah” Qaz Paylayıcı Stansiyasında balans sayğacı quraşdırılmağa başlayıb.

Bu barədə Lent.az -a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Digah kəndində yaxın 2 saat ərzində qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.