“e-tibb.az”ın  1 yaşı oldu
27 dekabr 2019 14:55 (UTC +04:00)

“e-tibb.az”ın  1 yaşı oldu

“e-tibb.az” tibb kataloqu-həkim axtarış mərkəzinin fəaliyyətə başlamasından bir il ötür. 
 
Lent.az məlumat verir ki, 2018-ci il dekabrın 27-də faəliyyətə başlayan, səhiyyə və tibb sahəsində fəaliyyət göstərən e-tibb.az layihəsinin əsas məqsədi insanların sağlamlığının qorunmasında vasitəçi olmaq, peşəkar tibb personalını, tibb ocaqlarını tanıtmaq, xəstə və həkim arasında sağlam ünsiyyətin qurulmasına kömək etməkdir.
 
Xəstə və həkimin görüş yeri, ünsiyyət platforması olan e-tibb.az səhiyyə və tibbə dair ölkədə, dünyada baş verən yenilikləri, xəbərləri, müxtəlif tibbi problemlərlə bağlı mütəxəssis fikirlərini oxuculara təqdim edir.
 
Layihədə eyni zamanda həkimlərə və tibb ocaqlarına müxtəlif xidmətlər təklif olunur, vətəndaşlar peşəkar həkimlərə, tibb ocaqlarına yönləndirilir.

İnsanlar burada özlərinə uyğun bildikləri həkim və tibb ocaqlarını seçib, qəbula yazıla, məsləhət ala bilirlər.

Həkimlər, klinikalar saytda özləri haqda məlumatları, diplom və sertifikatları yerləşdirib qeydiyyatdan keçib, pasiyentlərin suallarına cavab verir, onlarla ünsiyyət qururlar.

Həkimlər və tibb müəssisələrinin keçirdikləri aksiyaları da burada elan etmək imkanları var.

e-tibb.az istifadəçiləri qəbulunda olduqları həkim, müraciət etdikləri klinika  barədə rəylərini yaza, onlara göstərilən xidmətdən razı və ya narazı qalqıdlarını saytda açıqlaya bilirlər.

İstifadəçi həkimdən, klinikadan razı qalıbsa, başqalarına da onları məsləhət görür, narazı qalıbsa, onları tövsiyə etmirlər.
Bir sözlə, sağlamlığını düşünən, onun qeydinə qalanlar, o cümlədən peşəkarlığına güvənən mütəxəssislər, tibb müəssisələri e-tibb.az-ı seçib, qeydiyyatdan keçirlər.
 
Layihədə həkimlər və tibb ocaqlarına e-tibb.az saytından əlavə, geniş izləyici auditoriyası olan "facebook", "Instagram" və "youtube" səhifələrində məlumatların paylaşılması, müsahibələr, reportajlar, video və foto çəkilişlər, "bloq" yazılarının yerləşdirilməsi, peşəkar karyeradakı uğurları istifadəçilərlə bölüşmək fürsəti yaradılıb.

Layihə çərçivəsində, həmçinin həkimlərin qəbuluna onlayn olaraq yazılmaq da mümkün olacaq.

E-tibb.az xaricdə tibbi təhsil almaq, müayinə və müalicə olunmaq istəyənlər üçün də imkanlar yaradacaq.

# 1841
avatar

Oxşar yazılar