Baş teatrda uşaqlar üçün yeni il şənliyi hazırlanıb
27 dekabr 2019 11:41 (UTC +04:00)

Baş teatrda uşaqlar üçün yeni il şənliyi hazırlanıb

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq.

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu münasibətlə “Şaxta Baba və Befan nənələr" adlı tamaşa hazırlanıb. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

Tamaşada əməkdar artistlər Mətləb Abdullayev, Əlfida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva, aktyorlar Fəridə Şahbazova, Dilarə Nəzərova, Vüsal Mustafayev və başqaları çıxış edirlər.

Yeni il tamaşası bu gündən başlayaraq yanvarın 6-dək nümayiş olunacaq. Tamaşa hər gün 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq.

 

 

# 1284
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar