2623
10:15
27 Dekabr 2019

Röya küsülü olduğu Aygünün "Özün günahkarsan" mahnısını paylaşdı

Xalq artisti Röya Ayxan gənc müğənni Mina Hüseynə dəstək olub.

Lent.az -ın məlumatına görə, Röya Minanın Əməkdar artist Aygün Bəylərin repertuarından olan “Özün günahkarsan” adlı mahnını ifa etməsini bəyəndiyini yazıb:

“Gözəlim, sən mənim səsim oldun, mənim gələcəyim oldun. Çünki qadın elə qadındır. Biri həmin tonda hayqırar, biri həmin tonda danışar, mənim üçün sənət sənsən! Gələcəyimin tarixi, əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin”.

İfaçı isə ona “Sizdən dəstək almaq məni çox sevindirdi, gözlənilməz oldu. Ağladım. Sizin kimi ulduzun məni paylaşmağı stimul verdi, çox sağ olun, Xalq artistimiz” sözləri ilə cavab verib.

Qeyd edək ki, Röya Ayxanla Aygün Bəylər küsülüdür. Onların qalmaqalı məhkəməyə qədər uzanıb.