653
09:48
27 Dekabr 2019

Bələdiyyə binasının yanması ilə bağlı araşdırma başladı

Şəkidəki yanğınla bağlı araşdırma başlanılıb.

Xəbər verdiyimiz kimi, dekabrın 25-də, saat 20 radələrində, rayonun Böyük Dəhnə kəndində ümumi sahəsi 400 kv/m olan bələdiyyə binası və mədəniyyət klubu yanıb.( https://lent.az/news/334985). Lent.az -ın məlumatına görə, yanğının elektrik naqillərində olan qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

Hazırda faktla bağlı FHN Şəki rayonu Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən araşdırma aparılır.