17:27
26 Dekabr 2019

“Bu, cinayətdir” – Yurgen Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp Premyer Liqanın təqvimindən narazıdır.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis yeni il ərəfəsində qrafikin sıx olmasından gileylənib.

Y.Klopp təqvimin “boxing day” adlanan dövründəki sıxlığa qarşı az qala üsyan edib: “Bu, tamamilə yaxşı deyil. Bu ölkədə heç bir məşqçinin təqvimlə bağlı problemi yoxdur. Amma dekabrın 26-da və 28-də oynamaq... Bu cinayətdir. 2019-cu ildə biz 26-da və 29-da oynayacağıq. Bu da bizə bayram kimidir. Bunun belə olmasını düzgün saymayanları başa düşürəm. Onlar şikayətlənmir, sadəcə deyirlər. Bütün bunlar tamaşa üçün deyil. Ayın 26-da və 29-da oynamaq əksər komandalar üçün problem olmayacaq. Komandaların çoxuna oyunlar arasında 48 saatdan çox verilməməsi üçün bir səbəb yoxdur. Görünür, biz istədiyimizi danışa bilərik. Amma heç kim qulaq asmayacaq. Hər il eyni şey olacaq”.

Almaniyalı sözlərini əsaslandıra da bilib: “Orqanizmə bərpa üçün nə qədər vaxt tələb olunduğunu sizə elm də sübut etməyəcək. Amma biz tamamilə bunun əleyhinəyik. Hamı sadəcə deyir ki, Bu gün onlar qəribə təsir bağışlayır. Biz bu il elə vəziyyətdə deyilik. Amma bunu vurğulayan hər məşqçini anlayıram. Çünki nə baş verdiyini görürəm. Bu, yaxşı deyil. Amma qərarı başqaları verməlidir”.

Qeyd edək ki, Premyer Liqada XIX tur dekabrın 26-27-də, XX tur ayın 28-29-da baş tutacaq. Bəzi komandaların oyunları arasında 2 sutkadan az vaxt olacaq. Növbəti - XXI tur isə yanvarın 1-2-də keçiriləcək.

Dİgər xəbərlər