1138
14:15
26 Dekabr 2019

AzTV yeni ildə tamaşaçıları nə ilə sevindirəcək?

Azərbaycan Televiziyası 2020-ci ilin ilk həftəsində – 1-6 yanvar tarixlərində nümayiş olunacaq film və tamaşaların siyahısını açıqlayıb.

Lent.az xəbər verir ki, yerli retro film sevənlər hər səhər saat 10:00-da Azərbaycan Televiziyasını izləməyi unutmasın.

Hər gün 14:20-də isə Yeni il ab-havalı xarici filmləri izləyə bilərsiniz.

Hər gün 16:20-də yerli tamaşalar efirdə olacaq.

Hər axşam 22:30 isə kinomanlar üçün əsl bayram olacaq. Nümayiş olunacaq filmlər arasında Azərbaycan Televiziyasının “Zəng” filmi də olacaq.

Hansı film və tamaşaların nümayiş olunacağı ilə isə AzTV-nin anonsunda tanış ola bilərsiniz.