457
11:49
26 Dekabr 2019

Sürücünü əzilmiş maşından son anda çıxardılar

Xaçmazda yol qəzası baş verib.

Lent.az -ın məlumatına görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb. “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sürücünü deformasiyaya uğramış maşından çıxararaq, aidiyyatı üzrə təhvil veriblər.