391
12:58
24 Dekabr 2019

Bu dəfə dəm qazının qurbanı 46 yaşlı kişi oldu

Qobustanda dəm qazından zəhərlənmə hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə rayonun M.Ə.Sabir küçəsi, ev 2 ünvanında qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Bədirov Xaliq Xeyrulla oğlu yaşadığı evin hamamında duş qəbul edərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.