10956
11:54
24 Dekabr 2019

Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi - FOTOLAR

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur bələdiyyəsinin üzvü seçilib.

Lent.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Bildirilib ki, onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 667 səs toplayıb.

Qeyd edək ki, seçki bülletenində onun haqda məlumat bu cür yazılıb:

“Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri, Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. “Xəzər” TV-də aktyordur. Namizədliyini özü irəli sürüb. Bitərəfdir”.

Onu da əlavə edək ki, həmin dairədən müstəqil bloger Mehman Hüseynov da namizəd idi.