2412
16:56
23 Dekabr 2019

15 yaşlı satıcı müştərini qətlə yetirdi - YENİLƏNİB

Abşeronda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə ötən gecə baş verib. Rayon ərazisindəki mağazalardan birinə gələn müştəri, 28 yaşlı Həsənov Fikrət Müşfiq oğlu ilə satıcı, 15 yaşlı Əmiraslanov Gülağa Şahin oğlu arasında mübahisə düşüb. Mübahisəyə F.Həsənovun aldığı siqaretin pulunu verməməsi səbəb olub. Mübahisə zəminində G.Əmiraslanov müştərinin ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisəni törədən G.Əmiraslanov saxlanılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

03:52

Abşeron rayonu ərazisində gənc oğlan qətlə yetirilib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində bıçaqlanıb.

1991-ci il təvəllüdlü Həsənov Fikrət Müşfiq oğlu ürəyindən bıçaqlanıb. Onun meyiti yaşadığı evin giriş qapısının önündə tapılıb.

Faktla bağlı araşdırma aparılır.