İnfarkt keçirən müğənnimiz VƏSİYYƏT ETDİ: "Atam da parkda öldü"
20 dekabr 2019 09:40 (UTC +04:00)

İnfarkt keçirən müğənnimiz VƏSİYYƏT ETDİ: "Atam da parkda öldü"

Müğənni Nurlan Əzizbəyli vəsiyyətini açıqlayıb. Lent.az-ın məlumatına görə, “Şou ATV” verilişinin qonağı olan ifaçı bildirib ki, səhhətində problem yarananda vəsiyyət edib:

“Ölüm haqdır. Ağlı başında olan insan hər gün ölümü barədə düşünməlidir. Mən infarkt keçirmişəm. Xəstə yatağında olan yeganə oğluma vəsiyyət elədim. Əgər mən həyatda olmasam, ilk öncə ananın arxasında ol, mənim yoxluğumu hiss etdirmə. Savadlı, ol, gələcəyini qur. O da bu sözlərdən sonra məyus oldu”.

Müğənni daha sonra dünyasını dəyişən atası barədə danışıb: “Onun ölüm anında yanında ola bilmədim. Evdə deyildi, parkda kişilərlə nərd oynadığı yerdə qəfil öldü. Son sözünü eşidə bilmədim”.

# 15809
avatar

Yalçın UĞUR

Oxşar yazılar