47 yaşlı kişi faciəli şəkildə öldü
19 dekabr 2019 18:40 (UTC +04:00)

47 yaşlı kişi faciəli şəkildə öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Stansiya Sumqayıt” yaşayış massivindəki fərdi evlərdən birində qeydə alınıb. Öz həyətində təmir işləri aparan şəhər sakini, 47 yaşlı Fərmanov Qaçay Qulam oğlunu elektrik cərəyanı vurub. Təcilli xəstəxanaya çatdırılan Q.Fərmanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 1161
avatar

Oxşar yazılar