669
15:50
18 Dekabr 2019

Xalq artisti xəstəxanadan evə buraxıldı

Tarzən, Xalq artisti Ceyran Haşımova xəstəxanadan evə buraxılıb.

Bu barədə APA -ya Xalq artisti özü məlumat verib.

Onun sözlərinə görə, hazırda evdə müalicəsini davam etdirir.

Qeyd edək ki, C.Haşımova bir müddət əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə yerləşdirilmişdi.