774
19:08
16 Dekabr 2019

Bakıda quldurluq edənlərdən biri saxlanıldı


Bakıda quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, verilib. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də saat 2 radələrində 2 nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli saxlanılıb, digərinin şəxsiyyəti müəyyən edilib.

Onların həmin gün saat 4 radələrində Səbail rayonu, Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilib.

Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər