Rusiyada sərnişin avtobusu aşıb, 25 nəfər yaralanıb
16 dekabr 2019 02:20 (UTC +04:00)

Rusiyada sərnişin avtobusu aşıb, 25 nəfər yaralanıb

 

Rusiyanın Nijni Novqorod bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər yaralanıb. 

APA TASS-a istinadən xəbər verir ki, məlumatı Səhiyyə Nazirliyinin regional şöbəsi yayıb.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən yaralılardan 13-nün vəziyyəti orta-ağır qiymətləndirilir.

9 nəfər müayinə edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 

Qeyd edək ki, avtobus İvanovdan Dzerjinsk şəhərinə gedirmiş. Yol polisinin məlumatına görə, hadisə 50 yaşlı sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Avtobusda 49 nəfər olub. Qəzanın əlverişsiz hava şəraiti ilə bağlı olduğu ehtimal edilir. Həmin gün bölgəyə yağış yağdığı bildirilir.

# 794
avatar

Oxşar yazılar