Velosiped oğurlayan keçmiş məhkum yenə ələ keçdi
14 dekabr 2019 15:43 (UTC +04:00)

Velosiped oğurlayan keçmiş məhkum yenə ələ keçdi

Dekabrın 13-nə keçən gecə Yasamal rayonu ərazisində anbardan oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar dərhal Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, Cəbrayıl rayon sakini T.Bayramova məxsus anbardan 4 ədəd velosipedin oğurlandığı müəyyən edilib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Kazımov saxlanılıb.

Araşdırma aparılır.

 

# 920
avatar

Oxşar yazılar