Zidan "Liverpul"u HƏDƏLƏDİ: "Onları məhv edəcəyik"
12 dekabr 2019 18:01 (UTC +04:00)

Zidan "Liverpul"u HƏDƏLƏDİ: "Onları məhv edəcəyik"

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması barədə fikirlərini bildirib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis heç bir rəqibdən çəkinmədiklərini açıqlayıb.

Qrup ikincisi kimi pley-offa yüksələn “Real” 1/8 finalda 1-ci yer sahiblərindən biri ilə görüşəcək. Madrid təmsilçisinin Çempionlar Liqasının son qalibi və Premyer Liqanın lideri “Liverpul”la üz-üzə gəlməsi də mümkündür.

Z.Zidan bu rəqib barədə iddialı açıqlaması ilə diqqət çəkib: “Livepul”la 1/8 finalda qarşılaşmağa da hazırıq. Əgər bu rəqiblə görüşsək, onları məhv edəcəyik”.

Qeyd edək ki, “Real” 1/8 finalda qrup qaliblərindən “Bavariya”, “Leypsiq”, “Yuventus”, “Liverpul” və ya “Mançester Siti” klublarından biri ilə qarşılaşacaq. Digər qrup qaliblərindən “Barselona” və “Valensiya” ilə eyni ölkə, PSJ ilə eyni qrupu təmsil etdiklərindən onlar potensial rəqib olmayacaq.

# 2041
avatar

Oxşar yazılar